Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Dəliməmmədli şəhər sakini Q.İmanov saxlanılmışdır
18.11.2020Goranboy RPŞ-yə müraciət edən Gəncə şəhər sakini Ç.Nəbiyev noyabrın 18-də Dəliməmmədli şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Dəliməmmədli şəhər sakini Q.İmanov tərəfindən qaçırılması, habelə Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir.
Gəncə ŞBPİ-nin əməkdaşları tərəfindən Q.İmanov saxlanılmışdır.Araşdırma aparılır.