Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.11.2020Noyabrın 18-də saat 20 radələrində Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi “Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.