Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Qax və Quba sakinləri müalicə aldığı xəstəxanaya yerləşdirilmişdir

18.11.2020

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilmişdir.

Belə ki, noyabrın 18-də Balaqusar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş T.Musayev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Müəyyən edilmişdir ki, T.Musayevin koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılmışdır. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilmişdir.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilmişdir.

Belə ki, noyabrın 18-də Vladimirovka kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş İ.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Müəyyən edilmişdir ki, İ.Mürsəlovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılmışdır. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır. 
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilmişdir.

18.11.2020 tarixinə olan kriminal məlumatlar