Masallı rayonunun Babaser kənd sakini Ə.Nərimanzadə ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə A.Dadaşovun qarın nahiyəsinə xəsarət yetirmişdir
18.11.2020Masallı RPŞ-yə noyabrın 17-də saat 23 radələrində Babaser kəndi ərazisində qanunsuz ov edən kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Nərimanzadənin ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi A.Dadaşovun qarın nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşları tərəfindən Ə.Nərimanzadədən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülmüşdür.