Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı şəhər sakini E.Cavadovdan 435 qram marixuana götürülmüşdür
18.11.2020Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Cavadov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana götürülmüşdür.