Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

19.08.2020

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı Sumqayıt şəhər sakini Məcid Şamilov tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxs axtarış aparılan zaman əlindəki çantadan iki büküm ümumi çəkisi 1 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Məcid Şamilov ifadəsində xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqla araşdırılan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. Məcid Şamilov narkotik vasitələri 12 min manata aldığını və heroinin pulunu isə onlayn yolla həmin şəxs göndərdiyini  qeyd edib.

Faktla bağlı  Məcid Şamilov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunub. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi stiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

19.08.2020 tarixinə olan kriminal məlumatlar