Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunda narkotik vasitə və psixotrop həblər satan şəxs saxlanılıb

19.08.2020

Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Elvin Muradov tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxs axtarış aparılan zaman 50 qram qurudulmuş marixuana, həmçinin ümumilikdə 295 ədəd güclü təsiridici psixotrop maddələr olan ekstazi və preqabalin həbləri aşkar olunaraq götürülüb. Elvin Murdov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan və xarici ölkələrdən birində yaşayan “Samir” adlı şəxsin sifarişi ilə Bakı şəhərində narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Faktla bağlı  Elvin Muradov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunub. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi stiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

19.08.2020 tarixinə olan kriminal məlumatlar