Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəki rayon sakini K.Hüseynovaya məxsus inəyi oğurlamaqda şübhəli bilinən üç nəfər Oğuz rayonu ərazisində saxlanılmışlar

19.08.2020

Avqustun 18-də Oğuz rayonunun Kərimli kəndi ərazisində Gəncə şəhər sakini T.Nağıyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılmışdır.

Avtomobilin yük yerinə baxış zamanı 1 baş inək və 1 baş qoyun aşkar edilmişdir.

Araşdırmalarla qeyd edilən inəyin həmin gün Şəki rayon sakini K.Hüseynovaya məxsus həyətyanı sahədən oğurlanması  müəyyən edilmişdir.

Oğuz RPŞ və Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən sürücü və iki sərnişini saxlanılmışdır.

19.08.2020 tarixinə olan kriminal məlumatlar