Gəncə şəhəri ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Quluyev saxlanılmışdır
19.08.2020DİN BCAİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki evlərin birindən 2300 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quluyev saxlanılmışdır.