Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitələrin satmışı ilə bağlı saxlanılmış A.Cəbrayılzadənin mənzilindən heroin, həşiş, tiryək, metamfetamin və marixuana götürülmüşdür

19.08.2020

Daxil olmuş məlumat əsasında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Zərbəliyevdən 0,005 qr heroin götürülmüşdür

E.Zərbəliyevə narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş T.Abdullayev də müəyyən edilərək saxlanılmış, onun üzərində şəxsi axtarış aparılan zaman 510 qram heroin götürülmüşdür.

Davam etdirilən tədbirlərlə T.Abdullayevə narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının A.Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə  keçirdikləri baxış zamanı 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanıb götürülmüşdür.

19.08.2020 tarixinə olan kriminal məlumatlar