Şirvan şəhəri ərazisində soyğunçuluq törətməkdə şübhəli bilinən şəhər sakini E.Qəmbərov saxlanılmış, onunla birgə olan digərinin şəxsiyyəti müəyyənləşdirilmişdir
26.07.2020İyulun 26-da Şirvan şəhəri ərazisində “Niva” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini olan 4 yaşlı qıza zor tətbiq edərək 800 manat dəyərində boyunbağısını almaları barədə Şirvan ŞPŞ-yə müraciət daxil olmuşdur.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Qəmbərov saxlanılmış, onunla birgə olan digərinin şəxsiyyəti müəyyənləşdirilmişdir.Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.