Masallı rayonunun Səmədxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
26.07.2020İyulun 26-da saat 22 radələrində Masallı rayonunun Səmədxan kəndi ərazisində Lənkəran rayon sakini H.Kərimov idarə etdiyi “Renault” markalı avtomobillə qarşıda gedən Masallı şəhər sakini Rüstəm İmanovun idarə etdiyi “Yamaha” markalı morosikleti vurmuşdur. Nəticədə motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.BDYPİ tərəfindən araşdırma aparılır.