Xətai rayonunun M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir
26.07.2020İyulun 26-da saat 9 radələrində Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakini T.Həsənov idarə etdiyi “Renault” markalı avtomobillə piyada zolağı olmayan yerdən keçən paytaxt sakini Səyyarə İsmayılovanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Xətai RPİ tərəfindən araşdırma aparılır.