Samux rayonu Qarayeri qəsəbəsi ərazisində,qəsəbə sakini Y.Sadıqov tərəfindən yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülmüşdür
26.07.2020Samux RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qarayeri qəsəbəsi ərazisində, Quşqara çayının sahilində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Sadıqov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.