Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
26.07.2020İyulun 26-da saat 13 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Zamanov idarə etdiyi “Mercedes” markalı evakuatorla velosipedlə yolu keçən qəsəbə sakini Elmir Seyidovu vurmuş və nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Xəzər RPİ tərəfindən araşdırma aparılır.