Bir nəfəri tüfənglə öldürəcəyi ilə hədələməkdə şübhəli bilinən Salyan şəhər sakini M.Əhədov saxlanılmış,ondan müvafiq sənədləri olmayan ov tüfəngi və patron aşkar edilərək götürülmüşdür
26.07.2020Salyan RPŞ əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 26-da Yenikənd kənd sakini olan bir nəfəri zəng edib tüfənglə öldürəcəyi ilə hədələməkdə şübhəli bilinən Salyan şəhər sakini M.Əhədov saxlanılmışdır.Onun idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülmüşdür.