Soyğunçuluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini T.Hacıyev müəyyən edilərək saxlanılmışdır
22.07.2020İyulun 22-də Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisində naməlum şəxsin şəhər sakini olan 6 yaşlı qızın qulağından qızıl sırğanı açaraq aparması barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə müraciət daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Hacıyev müəyyən edilərək saxlanılmışdır.
Sumqayıt ŞPİ-də araşdırma aparılır.