Aksiz markası olmayan 114 ədəd spritli içki və 130 kiloqram çəkidə yağ aşkar edilərək götürülmüşdür
22.07.2020İyulun 22-də saat 2 radələrində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində Şahbuz rayon sakini E.Nəcəfovun idarə etdiyi “AzSamand” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılmışdır. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan aksiz markası olmayan 114 ədəd spritli içki və 130 kiloqram çəkidə yağ aşkar edilərək götürülmüşdür.