Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü həbs edilib

22.07.2020

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Zaur Kərimov, Ruslan Hüseynli, Azər Aslanov, Teymur Kərimov və sərnişin kimi icazəsi olmadan postdan kənar yollarla paytaxta gəlmək istəyən Oqtay Qədirov tutulub.


Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Zaur Kərimov, Ruslan Hüseynli, Azər Aslanov, Teymur Kərimov və sərnişin kimi icazəsi olmadan postdan kənar yollarla paytaxta gəlmək istəyən Oqtay Qədirov tutulub. Əməliyyat zamanı sürücülərə xüsusi karantin postundan kənar torpaq yolla keçməyə bələdçilik edən Ələt qəsəbəsi sakini Elməddin Xəlilov da saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan  Azər Aslanov və Elməddin Xəlilov 15, Zaur Kərimov,  Ruslan Hüseynli və Teymur Kərimov müvafiq olaraq 10 sutka inzibati qaydada həbs ediliblər. Sərnişin kimi icazəsi olmadan Bakı şəhərinə gəlmək istəyən Oqtay Qədirova isə ciddi xəbərdarlıq edilib və o, 200 manat məbləğində cərimə olunub.

22.07.2020 tarixinə olan kriminal məlumatlar