Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“Tik-tok” sosial şəbəkəsində “Maya” və “Banu” adları ilə qeydiyyatdan keçərək narkotik vasitələrin qəbulunu təbliq edən videolar yayan şəxslər saxlanılıblar

22.07.2020

“Tik-tok” sosial şəbəkəsində müxtəlif profillər açaraq narkotik vasitələrin qəbulunu təbliq edən videolar yayan və buna görə guya polis əməkdaşlarının onları cəzalandırmadığını bildirən şəxslər saxlanılıblar. Baş Narkotiklərlə Mübarizə İdarəsi, Səbail RPİ-nin 39-cu və Nərimanov RPİ-nin 17-ci Polis Bölmələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər -  sosial şəbəkələrdə “Maya” və “Banu” adları ilə qeydiyyatdan keçən Murad Kərimov və Həbib Şahniyarov saxlanılıblar.  Həmin şəxslər ifadələrində qeyd edilən sosial şəbəkədə  narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər.
Murad Kərimov və Həbib Şahniyarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və onlar inzibati qaydada cəzalandırılıblar.

22.07.2020 tarixinə olan kriminal məlumatlar