Sumqayıt şəhəri 18-ci mikrorayonun ərazisində yol-nəqliyyat hadisəsi
22.07.2020İyulun 21-də saat 23 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayonun ərazisində şəhər sakini F.Aslanov idarə etdiyi “Opel ” markalı avtomobillə yolu keçən şəhər sakini Ruslan Adilovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 22-də orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.