Binəqədi rayonunun M.K.Atatürk prospektində yol-nəqliyyat hadisəsi
22.07.2020İyulun 21-də saat 12 radələrində Binəqədi rayonunun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olmuşdur.
Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılmışdır.