Gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır
24.05.2020Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunmuşdur.
- Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 13 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılmışdır.