Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən N.Əhmədov saxlanılmışdır
24.05.2020Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə mayın 24-də saat 15 radələrində Kürdəxanı qəsəbəsi ərazisindən qəsəbə sakini K.Həşimova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.
Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün polis əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində tapılmışdır.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əhmədov saxlanılmışdır.Sabunçu RPİ tərəfindən araşdırma aparılır.