Xəzər rayon sakinləri olan üç nəfərin evlərinin həyətlərindəki istixanalardan çətənə kolları götürülmüşdür
24.05.2020Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonunun Türkan qəsəbə sakinləri V.Quliyevin, C.Əliyevin və A.İbrahimovun yaşadıqları evlərin həyətlərindəki istixanalardan ümumilikdə 1057 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür.