Mingəçevir şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır
24.05.2020Mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Z.Xudiyeva ərinə məxsus “Opel” markalı avtomobili idarə edərkən şəhər sakinləri olan 13 nəfəri (onlardan 9-u azyaşlı olmuşdur) vurmuş və nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılmış, 3 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılmış, istintaq aparılır.