Xırdalan şəhər sakini H.Babayevə hədə-qorxu gələrək pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Seydiyev və qardaşı H.Seydiyev saxlanılmışlar
24.05.2020Binəqədi RPİ 7-ci PB əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından may ayının 21-dək olan müddətdə Xırdalan şəhər sakini H.Babayevə hədə-qorxu gələrək 2300 manatını almaqda və 270 manat tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Seydiyev və qardaşı H.Seydiyev saxlanılmışlar.
M.Seydiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 17-də rayon ərazisindəki marketlərin birindən 287 manat dəyərində qolbaq oğurlaması da müəyyən edilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.