Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Firqət İsgəndərov yerləşdirildiyi xəstəxanada ölmüşdür
22.05.2020Mayın 21-də saat 23 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini H.Şamilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərə vurmuş, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəymişdir. Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilmiş, F.İsgəndərov orada ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.