Avtomobil qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini A.Vəliyev saxlanılmışdır
22.05.2020Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də şəhər sakini R.Abuzərovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən A.Vəliyevin qeyd edilən avtomobili Şirvan şəhərində şəhər sakini İ.Məmmədova 900 manata satması, avtomobilin qeydiyyat nişanlarını və sənədlərini isə “Kür” çayına atması müəyyən edilmişdir.