Oğurluqda şübhəli bilinən Masallı rayonunun Ərkivan qəsəbə sakini T.Əzizov saxlanılmışdır
22.05.2020Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də rayon ərazisindəki çayxanaların birindən 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Əzizov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun Telekommunikasiya Qovşağına məxsus 6 ədəd kanalizasiya quyularının qapağını və həyətlərin birindən su nasosu və 2 ədəd samovar oğurlaması da müəyyən edilmişdir.