Oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakini F.Tahirov saxlanılmışdır
22.05.2020Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 2 evdən 1000 manat dəyərində inşaat materialları və 55.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini F.Tahirov saxlanılmışdır.