Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayevdən 470 qram marixuana aşkar edilərək götürülmüşdür
22.05.2020Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Zabrat qəsəbəsi ərazisindəki Zabrat dəmir yolu stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülmüşdür.