Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.05.2020Mayın 23-də saat 1 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.