Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini R.Nəcəfovdan 475 qram marixuana aşkar edilərək götürülmüşdür
22.05.2020Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Şirvan dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nəcəfov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülmüşdür.