Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini A.Vəliyev saxlanılmışdır

22.05.2020

Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də şəhər sakini R.Abuzərovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən A.Vəliyevin qeyd edilən avtomobili Şirvan şəhərində şəhər sakini İ.Məmmədova 900 manata satması, avtomobilin qeydiyyat nişanlarını və sənədlərini isə “Kür” çayına atması müəyyən edilmişdir.

22.05.2020 tarixinə olan kriminal məlumatlar