Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonunun Sorsor kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

04.05.2020

Mayın 4-də saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Kərimovun sərnişinləri - bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölmüş, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri - arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilmiş, A.Hətəmova və Sabir orada ölmüşlər.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

04.05.2020 tarixinə olan kriminal məlumatlar