Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Rzayev, Bakı şəhər sakini R.Babayev, Naxçıvan şəhər sakinləri Z.İsmayılov və S.İbrahimov saxlanılmışlar
04.05.2020Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Kürdəxanı qəsəbəsindəki marketlərin birindən 572 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Sumqayıt şəhər sakini N.Rzayev və Naxçıvan şəhər sakini Z.İsmayılov saxlanılmışlar.
N.Rzayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Babayev və Naxçıvan şəhər sakini S.İbrahimov ilə birgə aprelin 22-dən 28-dək olan müddətdə Zabrat qəsəbəsi ərazisində 2 avtomobildən 3 akkumulyator, habelə 2 velosiped oğurlamaları da müəyyən edilmişdir.
Davam etdirilən tədbirlərlə R.Babayev və S.İbrahimov da polis əməkdaşları tərəfindən saxlanılmışlar.