Şəmkir rayonunun Dəllər Cırdaxan kənd sakini Asif Muradovu ov tüfəngindən açdığı atəşlə xəsarət yetirmiş F.Muradov saxlanılmışdır
04.05.2020Mayın 4-də Şəmkir rayonunun Dəllər Cırdaxan kəndi ərazisində kənd sakini F.Muradovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Asif Muradovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Muradov saxlanılmış, ondan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülmüş, A.Muradov isə xəstəxanaya yerləşdirilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.