İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
04.05.2020Mayın 4-də saat 6 radələrində İmişli şəhəri ərazisində şəhər sakini R.Gülməmmədovun idarə etdiyi “KamAZ” və Yalavac kənd sakini Camal Kərimovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Kərimov hadisə yerində ölmüş, xəsarət almış sərnişini F.Həmzəyev, habelə digər sürücü və sərnişini Niyaməddin Musayev xəstəxanaya yerləşdirilmiş, N.Musayev orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.