Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Alar kənd sakinləri S.Hüseynov və K.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışlar

04.05.2020

Aprelin 19-da Cəlilabad rayonunun Günəşli kənd sakini X.Kərimova RPŞ-yə müraciət edərək 1 gün əvvəl saat  22 radələrində yaşadığı evə girmiş naməlum şəxsin evin divarına tüfəngdən atəş açaraq hadisə yerini tərk etməsini bildirmişdir.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülmüş, hadisəni oğurluq məqsədilə törətməkdə şübhəli bilinənlər - Alar kənd sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş K.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışlar.

K.Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi və narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
Ətraflarında aparılmış tədbirlərlə onların  rayon ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.

04.05.2020 tarixinə olan kriminal məlumatlar