Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
01.05.2020Mayın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla Yardımlı rayon sakini Səbirə Bağışovanı vurmuş və nəticədə qadın hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.