Quba şəhər sakini A.Nəsrullayev həmyerlisi Ü.Mirzəyevə marixuana satarkən saxlanılmışlar
01.05.2020Quba RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəsrullayev həmyerlisi Ü.Mirzəyevə 0,439 qram marixuananı satarkən saxlanılmışlar. A.Nəsrullayevdən əlavə 0,576 qr marixuana götürülmüşdür.
Polis əməkdaşları tərəfindən A.Nəsrullayevə narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi Z.Ömərov da müəyyən edilərək saxlanılmış, ondan 2 qramdan artıq, yaşadığı evə baxış zamanı isə əlavə 242 qrama yaxın marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.