Gəncə şəhər sakini Ə.Qurbanovdan 1 kiloqramdan artıq marixuana götürülmüşdür
01.05.2020Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Qurbanovdan 1 kiloqramdan artıq marixuana götürülmüşdür. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlvə olaraq 2 kiloqram 358 qram marixuana aşkar edilərək götürülmüşdür.