Biləsuvar rayon sakini B.Fətiqinin idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq heroin götürülmüşdür
01.05.2020Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon sakini B.Fətiqinin idarə etdiyi “Peugeot” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ona, əvvəllər məhkum olunmuş A.Hüseynova və X.Ağayevə məxsus, çəkisi 1 kiloqram 45 qram heroin aşkar edilərək götürülmüşdür.