Tovuz rayon sakinləri C.Hüseynov və A.Mustafayev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları götürülmüşdür
01.05.2020Tovuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Qədirli kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Xatınlı kənd sakinləri C.Hüseynov və A.Mustafayev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 168 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
C.Hüseynov və A.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılmışlar.