Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
05.02.2020Fevralın 5-də saat 22 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində qəsəbə sakini Ramin Lətifli idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.