Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
05.02.2020Fevralın 5-də saat 21 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Müşfiqabad qəsəbə sakini C.Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Süleyman Şadmanovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.