Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini B.Feyzullayev saxlanılmışdır
05.02.2020Masallı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş B.Feyzullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən əlavə olaraq 24 qrama yaxın marixuana, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng və 24 ədəd patron aşkar edilərək götürülmüşdür.