Təqsirləndirilən şəxs qismində saxlanılan N.Hüseynovun qəbristanlıqda gizlətdiyi tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür
05.02.2020Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Binəqədi RPİ 43-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynovun Binəqədi qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda gizlətdiyi tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.