Tovuz rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Ə.Rüstəmov saxlanılmışdır
05.02.2020Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də rayon ərazisindəki evlərin birindən 11.000 manat və 200 ABŞ dolları, habelə 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xatınlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Rüstəmov saxlanılmışdır.